Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə günü Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə təşkilatın sülhməramlı əməliyyatının başa çatdığını elan edib və onun həyata keçirilməsinə görə təşəkkür edib.
Medianews.az “Oxu.az”a istinadən xəbər verir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov təşkilatın hərbi kontingentinin Qazaxıstandan çıxarılmasının yanvarın 13-də başlayacağını və 10 gün ərzində başa çatacağını bildirib.
“Yanvarın 12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zası qəbul edib. Qazaxıstan dövlətinin başçısı sülhməramlı əməliyyata və terror hücumu şəraitində köməyə görə müttəfiqlərə təşəkkür edib. Qazaxıstan prezidenti KTMT-nin sülhməramlı əməliyyatının başa çatdığını elan edib”, – deyə o bildirib.