Erməni model Kim Kardaşyan “EthereumMax” kriptovalyutası ilə bağlı fırıldaqçılıq işinin fiqurantları sırasındadır. Onunla birlikdə eyni əməldə boksçu Floyd Meyvezer və basketbolçu Pol Pirs də şübhəli bilinir.
Bu barədə ABŞ-ın Kaliforniya Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunub.
Sözügedən şəxslər sosial şəbəkə reklamları və digər tanıtım fəaliyyətləri vasitəsilə “EthereumMax” haqqında yalan və ya çaşdırıcı bəyanatlar verməkdə” ittiham olunurlar.
Belə ki, onlar bilərəkdən sözügedən kriptovalyutanı öz hesablarında reklam edərək tələbatın artmasına nail olublar və bundan sonra qiymətlərin də kəskin artması ilə birlikdə yüksək qiymətə öz kriptovalyutalarını satıblar.
Mənbə: The Wall Street Journal