2013-cü ildə itkin düşən 15 yaşlı K.Anastasiyanın cəsədi 2021-ci ilin yayında meşədə göbələk yığanlar tərəfindən tapılıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Nijni Novqorod vilayətində baş verib.

Cəsəd illər ərzində aşındığından onun kimliyini müəyyən etmək uzun müddət çəkib.

Ötən gün DNT müayinəsinin cavabları cəsədin K.Anastasiyaya məxsus olduğu aşkarlayıb.

İstintaq Komitəsi cəsəd üzərində cinayət xarakterli izlər aşkar etməyib. Qız Daun sindromundan əziyyət çəkirmiş. Onun aclıqdan və soyuqdan öldüyü qənaətinə gəliblər.