Yeni evlənən repçi Elşad Xose xanımı ilə birlikdə görüntülənib.
BAKU.WS xəbər verir ki, ötən gün müğənni Zamiq Hüseynovun konsertinə dəvət olunan sənətçi BAKU.WS-in obyektivinə tuş gəlib.
Həyat yoldaşı ilə bağlı danışan Elşad onun incəsənət və efir məkanından uzaq insan olduğunu bildirib:
“Xanımım incəsənət aləmindən deyil. Ona görə istədim ki, belə olsun, mediada evliliyim çox qabardılmasın. İstəmədim, şəxsi həyatım haqqında efirlərdə məlumat getsin”.
Xatırladaq ki, repçi ötən ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib. Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.