“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə – Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.
Medianews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib:
“Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
***
Bakıda 9 nömrəli tam orta məktəbdə şagirdləri döyən direktor Zinyət Əhmədova ilə bağlı nazirlik hərəkətə keçib.
Bu barədə Təhsil Nazirliyindən bildirilib:
“Direktorun şagirdi döyməsi faktı araşdırılacaq və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”.
***
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.
Onun bu hərəkəti kameraya düşüb.
Həmin görüntüləri təqdim edirik: