Altay diyarındakı Svetlı gölündə bir qrup turist buzlu suya düşüb.
İnsident ziyarətçilərin qu quşlarını izlədikləri zaman baş verib.
Hadisəyə buz örtüyünün nazikliyi səbəb olub.
Suya düşənlər arasında uşaqların da olduğu bildirlib.
İlkin məlumata görə, ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, baş verənlər kvadrokopter tərəfindən lentə alınıb. Turistlərdən biri onu göl üzərindəki hadisədən bir neçə dəqiqə əvvəl işə salıb.