Virus nəzarətdən çıxacaq və insanlıq üçün böyük təhlükə yaradacaq …
26 il əvvəl dünyasını dəyişən Vanqa dünyanın ən məşhur kahinlərindən biri hesab olunur.
1911-1915-ci illər arasında Makedoniyada yaşamış öngörücü Vanqa illər əvvəl bir çox tarixi hadisələri danışaraq diqqətləri üzərinə çəkmiş, 11 sentyabr hücumu, Sovet İttifaqına məxsus Kursk sualtı qayığının batması və Barak Obamanın ABŞ prezidenti seçiləcəyi kimi bir çox hadisələri proqnozlaşdırıb.
Medianews.az xəbər verir ki, Vanqanın illər əvvəl söylədiyi proqnozlar 2022-ci ildə ekspertlər tərəfindən bir daha şərh olunub.
Əsl adı Vangeliya Pandeva olan Vanqa Şimali Makedoniyanın Strumitsa ərazisində anadan olub. O, 16 yaşında ildırım vurduğunda görmə qabiliyyətini itirib və kor olub. Vanqanın gələcəklə bağlı proqnozlarını Bolqarıstan Hökuməti tərəfindən qeydə alınıb. 2022-ci ilin gündəmini yenidən təyin edən proqnozlar, qarşıdakı illərin bəşəriyyət üçün çox çətin olacağına işarə edir.
TƏBİİ FƏLAKƏLƏR
2021-ci il bütün dünyada təbii fəlakətlər ili kimi bəşəriyyəti qorxutdu. Vanqanın 2022-ci il üçün proqnozlarında ən qorxulu vəziyyətlərdən biri təbii fəlakətlərdir. 2004-cü ildə Hind okeanında 200.000-dən çox insanın ölümünə səbəb olan zəlzələ və sunamini proqnozlaşdıran Vanqa 2022-ci ildə böyük təbii fəlakətə işarə edib. O, Asiya ölkələrinin, xüsusən də Avstraliyanın təbii fəlakətlərlə üzləşdiyini bəyan edib. O, xüsusilə bəşəriyyəti sel fəlakətinə diqqət yetirməyə çağırıb.
YENİ VİRUS TƏHLÜKƏSİ
Koronavirus epidemiyasını proqnozlaşdırmaqla qısa müddətdə məşhurlaşan Vanqa 2022-ci il üçün yeni virusun siqnalını verdi. Sibirdə ölümcül virusun kəşf ediləcəyini qeyd edən Vanqa, donmuş ərazidə gizli saxlanılan bu virusun qlobal istiləşmə ilə ortaya çıxacağını bildirib. Virusun sürətlə yayılacağını qeyd edən Vanqa vəziyyətin nəzarətdən çıxacağını və insanlıq üçün böyük təhlükə yaradacağını bildirib.
SU BÖHRANI
Vanqanın 2022-ci il üçün su böhranı haqqında da qeydləri var.
Vanqanın proqnozlarına münasibət bildirən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının yaranacağını qeyd ediblər. Ekspertlər əhalinin sayının artması və çirklənmə səbəbindən su probleminin kəskinləşəcəyini bildiriblər.
QITLIQ OLACAQ
Vanqa dünyanın ən çox əhalisinə sahib ölkələrdən biri olan Hindistanda kütləvi qıtlığın olacağını proqnozlaşdırıb.
Məşhur kahin Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıb. Onun bu proqnozlarından belə ehtimal edilir ki, çəyirtkə və buna bənzər canlılar tarlaları zəbt edərək məhsullara zərər verəcək.
Turan Oruc
Musavat.com