Türkiyəli gənc iş adamı Hakan Sabancını ifşa etdikdən sonra müğənni Seren Serengillə qalmaqal yaşayan məşhur aktrisa Aygün Aydın yenidən gündəmə gəlib.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aygün Aydın “Sənə niyə eskort deyirlər?” sualına şok cavab verib.
Hakan Sabancı ilə münasibətdə olduğunu iddia etdiyi və Sabancının mesajlarını açıqladığı zaman gündəmə gələn aktrisa Aygün Aydın, maddi cəhətdən çətin günlər keçirdiyini açıqlayaraq, “Təəssüf ki, bu templə vəkillərin pulunu ödəmək üçün eskortluq etməli olacam” – deyə açıqlama verib.
Sözügedən açıqlama sosial mediada geniş müzakirələr yol açıb.
Bu açıqlamadan sonra Aygün Aydından reaksiya gəlib. İzləyicilərinin suallarını cavablandıran Aygün Aydın açıqlaması ilə yenidən müzakirələrə səbəb olub.
Gənc aktrisa İzləyicilərindən birinin “Sənə niyə eskort deyirlər?” sualına “Çünki haqsızlığa dözə bilmərəm və bilirlər ki, bu söz məni incidir və ya mənim dərdim insanlara yük olub” – deyə cavab verib.
Aktrisanın bu cavabı da yenidən diqqət çəkib və müzakirələrə səbəb olub.
Medianews.az