Türkiyənin məşhur “Gelinim Mutfakta” verilişində gərgin anlar yaşanıb.
Medianews.az xəbər verir ki, verilişin aparıcısı Nursel Ergin yarışmada iştirak edən Ayşe adlı qadının gəlini Dənizə “O, körpəsini əmizdirməyi və yeməyini hazırlamağı bilmirdi” deməsinə əsəbiləşib.
Ardından İllər öncə yaşadıqlarından danışan aparıcı göz yaşlarına hakim ola bilməyib və Dənizi də özü ilə apararaq studiyanı tərk edib.
Qayınanasından heç bir pislik görmədiyini bildirən Ergin “Bu qızın kimsəsi yoxdur, sənə sığınıb. Uşağına necə baxmasın, küçədəki itlər belə instinktivdir. ‘Əmizdirməyi bilmirdi’ nə deməkdir? Bu sözdür? Sizə süd verməyi kimsə öyrədib? Məni çox əsəbiləşdirdin. Bu qadına çox pis rəftar göstərmisən” – deyə reaksiya verib.
Köhnə günlərini xatırladıqdan sonra duyğulu anlar yaşayan Nursel Ergin gəlin verilişin iştirakçısı Dənizi qucaqlayaraq ağlayıb. Komandaya çəkilişlərə davam edə bilməyəcəyini deyən Nursel Ergin Dənizi də götürərək studiyanı tərk edib.
Turan Oruc
Medianews.az