İlk dəfədir ki, elm adamları bütün dünyada bir çox insanı maraqlandıran sual haqqında bu qədər aydın danışıblar.
Medianews.az Türkiyə mediasına istiandən xəər verir ki, tədqiqatçılar bildiriblər ki, insanlar dünyadan yox olarsa, dünyaya hakim olmağa ən yaxın heyvan növü meymunlardır.
Ekspertlər meymun kimi ağıllı canlıların insan yoxluğunda ortaya çıxıb-çıxmayacağı ilə bağlı da fikir bildiriblər.
Geoloq və məşhur elm adamı Dougal Dixon sözügedən məsələ haqqında bunları deyir: “Bu nöqtədə konvergensiya anlayışı çox vacib olacaq”. “İnsandan Sonra: Gələcəyin Zoologiyası” kitabının müəllifi Dikson, qohum olmayan növlər və nəsillər arasında müşahidə olunan oxşar bioloji xüsusiyyətlərin formalaşması üçün “konvergent təkamül” anlayışından istifadə edir. Bu formalaşmaya ən yaxın calılar meymunlardır”.
Delfinlər də konvergensiyanın ən məşhur nümunələrindən birini təşkil edir. Çünki delfinlər məməli olduqlarına və tamamilə fərqli bir inkişaf prosesi izləmələrinə baxmayaraq, balıqlara bənzər xüsusiyyətlərə malikdirlər. Bu yolla dənizlərə asanlıqla uyğunlaşa bildilər. Bundan əlavə, insanları “gəzən ölülər” adlandıran yazar dünyanın sonu ilə bağlı ciddi narahatlığını da ifadə edib”.
Turan Oruc
Medianews.az