Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

TURAN
03/01/2022 19:39
3
BAXIŞ
FacebookTwitterTelegram

2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının indeksi 6,72 faiz artıb.

Medianews.az “Report”a istinadən xəbər verir ki, bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir. Valyuta səbətində avro 57,6 faiz, yapon yeni 13,6 faiz, ingilis funt sterlinqi 11,9 faiz, Kanada dolları 9,1 faiz, İsveç kronu 4,2 faiz, İsveçrə frankı isə 3,6 faiz paya sahibdir.

İllik müqayisədə indeksə əsasən ABŞ dollarının digər 6 valyuta qarşısında dəyər qazandığını görürük. 24 noyabr tarixində indeks 96,88-i təşkil edərək il ərzində ən yüksək həddə çatıb. Halbuki analitiklər pandemiya səbəbindən dolların 2021-ci ildə ucuzlaşacağını gözləyirdilər.

Dollar indeksi niyə artır?

Qlobal inflyasiyanın artması fonunda bir sıra böyük mərkəzi banklar faiz dərəcələri ilə bağlı sabit mövqe nümayiş etdirirlər, bu da digər əsas valyutaların dəyərinin aşağı enməsinə səbəb olur.

İqtisadiyyatın bərpası isə artmaqda davam edən inflyasiya ilə bağlı narahatlıqların olması ABŞ dollarını investorlar üçün təhlükəsiz və etibarlı bir vasitə edir. Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcəsini artıra bilmə ehtimalı da dolları cəlbedici qılır. Dolayısıyla mövcud proseslər ABŞ dollarının indeksinin artmasına təsir edir.

Hazırda dollarla əlaqəli aktivlər, istiqraz və digər qiymətli kağızların da dəyəri artır. Bu, ABŞ-a mal ixrac edən şirkətlərin gəlirlərinə müsbət, Birləşmiş Ştatlardan mal və ya xidmət idxal edən korporasiyalar üçün isə neqativ bir hal hesab edilir.

İnflyasiya və dolların digər valyutalar qarşısında dəyər qazanmasının manatın məzənnəsinə təsiri gözlənilir?

Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, cari ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin edəcək və qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.

Yəni, 2022-ci ildə neft qiymətləri ilə bağlı müsbət proqnozları, eyni zamanda məhsula tələbin artacağını nəzərə alsaq, ölkəyə daxil olan xarici valyutaların həcmi baxımından məzənnədə sabitliyin olacağı proqnozlaşdırılır. Manatın məzənnəsi ilə bağlı digər müsbət göstəricilərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələməsidir.

Bəyanatda digər diqqətçəkən məqam isə inflyasiya ilə əlaqədar pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurətinin yarana bilmə ehtimalı ilə bağlıdır. Görünən odur ki, Mərkəzi Bank cari ildə inflyasiyanı cilovlamaq və manatın dəyərini saxlamaq məqsədilə faiz dərəcəsini artıra bilər.

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
Analiz

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
SON XƏBƏR

Polis polkovnik-leytenantı qəfildən vəfat etdi - FOTO

Azərbaycanlı aparıcı yarıçılpaq FOTOsunu paylaşdı: Həyatımda bir çox şeyləri dəyişəcəm

Azərbaycanlı aparıcı yarıçılpaq FOTOsunu paylaşdı: Həyatımda bir çox şeyləri dəyişəcəm

Ərdoğan: “Türkiyə bunu da bacardı”

Xəbər lenti

Putin Ərdoğana başsalığı verdi

06/02/2023 19:50

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.