“Qarabağ”ın futbolçusu Toral Bayramov subaylığın daşını atıb.
BAKU.WS xəbər verir ki, 20 yaşlı idmançı Nəzrin adlı xanımla ailə həyatı qurub. Onun toyu Gəncə şəhərində restoranlarından birində baş tutub.
Toralın şad günündə ailə üzvləri, yaxınları və dostları iştirak edib.
Qeyd edək ki, Toral Bayramov 2019-cu ildən “Qarabağ”ın futbol klubunda top qovur.