Sosial şəbəkələrin Əfqanıstan seqmentində bir qrup “Taliban” hərbçisinin musiqi sədaları altında rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.
Qeyd olunur ki, görüntülər Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində çəkilib.
Məlumat üçün qeyd edək ki, Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hərəkatının musiqi, rəqs və digər əyləncə vasitələrini birmənalı olaraq qəbul etmir.