–
Ötən gün Türkiyənin məşhur qrupu “Mor ve ötesi” Bakıda konsert verib.
Medianews.az Olay-a istinadən xəbər verir ki, anşlaqla keçən tədbirdə maraqlı anlar yaşanıb.
Konsert zamanı CVN TV-nin aparıcısı, video bloger Günel Rəhimova sevgilisi Nicat Abışovdan evlənmək təklifi alıb.
Bu barədə Günel İnstaqramda paylaşım edib.
“Mən “hə” dedim, “mama” yunları çırpmağa başla”, – deyə, Günel yazıb.
Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir.