Fransa hakimiyyəti Yeni il ərəfəsində atəşfəşanlıq və konsertləri ləğv etmək qərarına gəlib.
Bu barədə Müdafiə Şurasının iclasından sonra baş nazir Jan Kasteks bildirib. İclasda ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə edilib.
Qeyd edək ki, Fransa hazırda COVID-19-un beşinci dalğasını yaşayır. Ötən gün ölkədə 63,5 minə yaxın yoluxma halı müəyyən edilib. Səlahiyyətli şəxslər yeni “Omikron” ştammının sürətlə yayılmasından narahatdırlar.