Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Dayıdan bacısı qızına qarşı ağlasığmaz əməl: “Fatma yatan otağa girdim…”

TURAN
18/12/2021 11:11
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı sosial şəbəkələrdə məşhur olub. Belə ki, F. Məmmədova “tik-tok”da çəkdiyi açıq-saçıq videolardan bir çoxları tərəfindən tanınıb.V. Bədəlov isə bacısı qızını namus üstündə öldürdüyünü deyib.

Medianews.az xəbər verir ki, “lent.az” həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.

İttiham üzrə ifadə verən V. Bədəlov bacısı qızını əxlaqsız həyat tərzi keçirdiyi üçün onu öldürdüyünü deyib.

“Bacım qonşumuz Murtuzla evləndi. Onların birgə nikahdan Fatma və İbrahim adlı övladları oldu. Fatma 2019-cu ildə Göyçayda Qızılağac kənd sakini ilə nişanlandı. Amma o, nişanlı ola-ola başqasına qaçdı. Bundan iki gün sonra xəbərimiz oldu.

Anasına zəng edib Tərtərdə Mahir adlı şəxslə qaçdığını, onunla evlənəcəyini dedi. Fatma Tərtər rayonunda 4 ay qalıb. Sonra oradan da qaçdı.

Bir müddət Fatmadan məlumat ala bilmədik. Həmin vaxt Fatmanın əri polisə müraciət etdi. Polis onu taparaq evinə geri qaytardı.

Sonradan, Fatmanın əri ilə dalaşıb qaçdığını öyrəndik. Atası Murtuz Tərtər rayonuna gedib, Fatmanı geri, Bığıra qaytardı. Təxminən, 3-4 ay kənddə qaldıqdan sonra, bacımgil Bakı şəhərinə köçdülər”.

V. Bədəlov deyib ki, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə qayıtdı:

“Hadisədən 3 gün əvvəl isə Fatma Bakı şəhərindən Göyçay rayonuna gəldi və anasıgillə bizim evdə qaldılar. Fatma bizdə qalan zaman həmişə kimlərləsə telefonla danışır, mesajlaşırdı. Bütün bunlar da mənə pis təsir etmişdi.

Bir dəfə Fatma ilə birlikdə “Kapital Bank”dan kart götürmək üçün ora getdik. Həmin vaxt, o, açıq paltar geyindi, buna görə də, Fatmaya öz etirazımı bildirdim.

Bundan sonra başqa paltar geyindi və biz banka getdik. Fatma bankdan kart götürüb mənimlə birlikdə geri qayıtdı.

Axşam saatlarında bacım ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən, artıq Fatmanın hərəkətlərindən bezdiyim üçün, bacıma onu öldürəcəyini dedim. Bacım məni fikrimdən yayındırmağa çalışdı. Həmin vaxt bir az sakitləşdim.

Axşamüstü Fatma parka getmək istədiyini bildirdi. Həmin vaxt həyat yoldaşım da onunla birgə getdi. Hətta qonşumuz Seymur öz maşını ilə onları aparıb sonra geri gətirdi. Fatmagil parkdan təxminən 24 radələrində qayıtdı.

Biz ailəliklə Fatmaya məsləhət verməyə başladıq. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik.

Fatma isə “özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun” dedi. Fatmanın heç kimi saymamasından əsəbiləşdim.

Bu zaman Fatma parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başladı. Həmin vaxt Fatmaya dondurma verməsini xahiş etdim, o isə “əli ilə cinsi orqanını göstərərək, dondurma yerinə bunu ye” dedi. Bu sözü mənə çox pis təsir elədi. Çünki mən onun dayısı idim.

Bundan sonra, Fatma hamam otağına keçib yuyundu və paltarsız, hamam xalatı ilə çölə çıxıb, zalda gəzməyə başladır.

Həmin vaxt Fatmaya üzərinə paltar geyinməsini dedim. Bu zaman, Fatma yaxasını açıb oğlum Mərhəmətə göstərdi. Fatmanın bu hərəkətlərindən əsəbiləşsəm də, lakin yenə də səbrli olmağa çalışdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə Fatmanın telefonla danışıq səsinə oyanıb:

“Saata baxdıqda gecə saat 3-ə işlədiyini gördüm. Həmin vaxt Fatma ucadan kiməsə “sabah gəlib onu götürməyini və harasa getmələrini” deyirdi. Fatmanın heç kimi saymadan telefonla o şəkildə danışmasına görə, çox əsəbiləşdim.

Otaqdan çıxdıqda, atamın və bacımın da oyaq olduğunu gördüm. Həmin vaxt bacım da otağa girib-çıxdı və Fatmaya telefonu söndürməsini dedi.

Fatma isə bacıma cavab qaytardı. Bu zaman otağa girib, Fatmaya sakit durmasını dedim. O isə mənə “söyüşlə” cavab verdi.

Fatmanı öldürmək qərarına gəldim. Bundan sonra, yata bilmədim. Səhər saat 6 radələrində öz otağımdan çıxıb, Fatma yatan otağa girdim.

Otağa girdikdə Fatma yatırdı, lakin işıq yanılı idi. Fatmanın üstünə saldığı adyalı onun üzərinə çəkdim və yastığı sifətinə basdım.

Həmin vaxt, Fatma oyandı və müqavimət göstərməyə başladı. Bu zaman dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Amma Fatmanın üzərində oturdum, sonacan güc elədim. Yastığı ağız və burun nahiyəsinə sıxıb, onu öldürdüm.

Fatmanı öldürən zaman bacım otağa gəldi. Həmin vaxt bacım ağlamağa və yalvarmağa başladı. Fatmanı öldürməməyim üçün ayağından tutub çəkdi. Amma artıq Fatmanı ölmüşdü. Onu öldürəndən sonra otaqdan çıxdım. Evdəkilər yuxudan oyandı. Hamısına Fatmanı öldürdüyümü dedim”.

V. Bədəlov əlavə edib ki, bundan sonra, meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirdim.

Otaqda baş tərəfdə olan iki nəfərlik çarpayıya uzatdım. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirdim.

Bundan sonra, həyat yoldaşım təcilə yardıma zəng elədi. Həmin vaxt baş vermiş hadisəyə görə, bacım da huşunu itirmişdi.

Təcili yardım gələnədək fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacımın da halının pis olduğunu bildirim. Həkimlərə də belə dedim. Bacımı xəstəxanaya apardılar.

Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyimi üçün, törətdiyim əməli etiraf etdim. Fatmanı yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirdim”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır
export

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

26/05/2022
BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)
export

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

26/05/2022
Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”
1-MANŞET

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

26/05/2022
Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO
export

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

26/05/2022
“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”
1-MANŞET

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

26/05/2022
Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA
Cəmiyyət

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

26/05/2022
SON XƏBƏR
Bakıda səs yazısı yayılmış məktəb direktoru işdən çıxarıldı – VİDEO

Bakıda səs yazısı yayılmış məktəb direktoru işdən çıxarıldı - VİDEO

Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

Əməkdar artistdən aparıcılara: "Efirə dəvət edərkən sənət adamlarını əzməyin!" - VİDEO

Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.