Baku TV işğaldan azad olunmuş Zəngilanın ilk ağıllı kəndindən reportaj hazırlayıb.

Tamamlanma işləri gedən Ağalı kəndi barədə Baku TV-yə danışan baş memar Rəşad Mehdiyev qeyd edib ki, burada sakinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb.

R.Mehdiyev kənddə müxtəlif obyektlərin də fəaliyyət göstərəcəyini və sakinlər üçün iş imkanlarının olacağını vurğulayıb. Həmçinin inzibatı binaların olduğu kənd meydanında erməni vandalizmi nəticəsində xarabalığa çevrilən evlərin qalıqlarından ucaldılmış tikili yerləşir.

Ətraflı videonu təqdim edirik: