Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Bəraət alan Elçin qardaşını buna görə öldürübmüş – FOTO

TURAN
09/12/2021 11:02
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Bakıda bir neçə ay öncə işıq pulunu ödəməyə görə başlanan dava zamanı onu bıçaqlayan qardaşını öldürməkdə ittiham edilərək həbs edilən Elçin Camalovun cinayət işi üzrə detallar məlum olub.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Elçin Camalov qətlə yetirdiyi qardaşı Etibar, onun arvadı Kəmalə, anası Milayimə, digər qardaşı Elbrus və bacısı Şəbinə ilə ikimərtəbıki eyni evdə yaşayıblar.

Qardaşı Etibar və arvadı Kəmalə ikinci mərtəbə qalırmış. Novruz bayramı öncə işıq pulunu ödəmədikləri üçün artıq iki gündür ki evlərində elektrik kəsilibmiş.

Elçin Camalov ifadəsində qeyd edib ki, martın 18-də işıq pulunu ödəməyə kömək etməsi üçün qardaşı Etibarın yaşadığı otağa gedərək ona bu barədə məlumat verib: “Qardaşım köməklik edəcəyini deyib məni yola verdi, mən də öz evimə qayıtdım. Axşam saat 12-yə işləmiş təkrar onun evinə gedib biraz əsəbi şəkildə Etibara bayram günü bizi qaranlıqda qoymamasmı və işıq pulunu verməsi üçün köməklik etməsini dedim. Etibarın yenə məni yola verdiyinə görə əsəbləşdim, bu vaxt qardaşım mənim sinəmdən yapışıb kəllə ilə alnımdan vurdu. Onun sakitləşməsi üçün heç nə demədən öz yaşadığım evə getdim. Anama olanları danışdım, bu vaxt dedim ki, Etibarın özündən olsa pul mütləq verərdi, ancaq onu arvadı Kəmalə öyrədir ki, pul verməsin.

Təxminən 5-10 dəqiqə sonra Etibar gələrək evin qapısını açdı, həmin vaxt qapının yanında dayanmışdım. Etibar bıçaqla mənim başıma vurdu, bıçağın tiyəsi başım, alnım, burnumu kəsdi. Sonra bıçaqla sinəmdən vurdu, ikinci zərbəni yetirəndən sonra otaqdakı stolun üstündə olan mətbəx bıçağını götürüb Etibarın sinəsindən iki dəfə vurdum. Etibar bundan sonra arxaya doğru gedib “vurdu məni, vurdu məni” dedi. Mən də onun çıxıb getməsi üçün qapını bağladım. Mənim qardşaımı öldümrək niyyətim olmayıb, onu özümdən uzaqlaşdrımaq üçün bıçaqla vurdum”.

Etibar Camalovun arvadı Kəmalə Cavadova da Elçin Camalovun dediklərinə uyğun ifadə verib. O əlavə edib ki, əri Etibarla qaynı Elçin mübahisə edəndən sonra o marketə gedib: “Evin yaxınlığındakı dükana gedib şam alıb yuxarı çıxanda Elçinin anası ilə danışarkən mənim barəsində nalayiq sözlər işlətdiyini eşitdim.

Yuxarı çıxıb Etibara bunları dedim, o da zal evdə olan “karobka”nm içərisindən qatlanan bıçağı götürüb qapını örtüb aşağı düşdü. Təxminən 5 dəqiqə sonra Etibarın qışqırıq səsini eşidib çölə çıxdım, al qan içində idi. Onu evə apardıq, təxminən 15-20 dəqiqə ərzində öldü”.

K.Camalova bildirib ki, Elçinə yaxud Milayimə heç vaxt pislik etməyib: “Etibarı heç vaxt onlara qarşı qoymamışam, əksinə Etibarın onlarla həmişə mehriban olmasını istəmişəm. Hadisə günü də Etibarı qızışdırmadım, sadəcə Elçinin mənim barəmdə nalayiq sözlər danışdığını dedim”.

Təqsirləndirilən Elçin Camalovun vəkili Nəriman Əliyev məhkəmədə müdafiə nitqi ilə çıxış edərək bildirib ki, müvəkkilinə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə bəraət verilməlidir: “Qanunvericiliyə görə, özünü müdafiə edənin həyatına qəsd edən şəxsə zərər vurmaq yolu ilə törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Zəruri müdafiə – qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Hücum edənə zərər vurmadan başqa yollarla qəsdin qarşısının alınmasınin zəruri müdafiə ilə əlaqəsi yoxdur. Qanunun mənasına görə, həyata qəsd edən hərəkətlərdən müdafiə olunarkən hücum edənin öldürülməsi halında müdafiə hərəkəti qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olacaqdır.

Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim Camalov Elçin Feyzəməd oğlunun qardaşını öldürmək məqsədi olmayıb, özünü müdafiə etmək məqsədilə qardaşını özündən uzaqlaşdırmaq üçün ona bıçaqla zərbə vurub. Göstərilənlərə əsasən məhkəmədən xahiş edirəm ki, Elçin Camalova bəraət verəsiniz”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev Elçin Camalov barəsində bəraət hökmü çıxarıb.

DAHA ÇOX OXU

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır
export

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

26/05/2022
BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)
export

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

26/05/2022
Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”
1-MANŞET

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

26/05/2022
Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO
export

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

26/05/2022
“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”
1-MANŞET

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

26/05/2022
Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA
Cəmiyyət

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

26/05/2022
SON XƏBƏR
DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq edib

DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq edib

Azərbaycanda biabırçı məktəb binası – Siçovullar sinif otağında gəzişir – VİDEO

Azərbaycanda biabırçı məktəb binası - Siçovullar sinif otağında gəzişir - VİDEO

Ucuz maşınlar satışda! – “Mercedes S350” – 3000 AZN – QİYMƏTLƏR

Ucuz maşınlar satışda! - "Mercedes S350" - 3000 AZN - QİYMƏTLƏR

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.