Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu – Deputat və Şəhid xanımından ETİRAZ

TURAN
06/12/2021 14:41
0
BAXIŞ
FacebookTwitterTelegram

Sosial şəbəkələrdə üzərində Xarıbülbül simvolu olan corab şəkilləri paylaşılır. Birmənalı qarşılanmayan bu paylaşımlar çoxsaylı qınağa, qəzəbə səbəb olub.

Çoxları “Corabb.” brendi ilə istehsal olunmuş ayaq geyimi üzərinə şəhid analarının sinələrində gəzdirdiyi Xarıbülbül təsvirinin əks olunmasına qarşı çıxıb.

Bunu şəhidlərimizə, Xarıbülbülə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Bəzi məluamatlara görə, “Xarıbülbül corabları” azərbaycanlı iş adamları tərəfindən Çində sifariş edilib, istehsal olunandan sonra Azərbaycana gətirilib.

Bundan sui-istifadə doğru deyil

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, Xarıbülbül bizim üçün əhəmiyyətli bir milli atributdur.

Onun sözlərinə görə, Xarıbülbül 44 günlük Vətən müharibəsindən sonra müqəddəsləşdi.

“Xarıbülblün döş nişanı, bəzək əşyalarında istifadə olunması adət halını alıb. Amma hər şeyin də bir sərhəddi var və bundan sui-istifadə doğru deyil”.

Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ

Deputat qeyd edib ki, bayraq, gerb, şəhidlərimizin rəsmi bizlər üçün necə müqəddəsdirsə, Xarıbülbül də eynidir.

“Bu simvolu hara gəldi, necə gəldi vurmaq olmaz. Bəzən görürük ki, istehsal olunan hansısa qida əşyasının üzərində şəhidlərimizin fotosu vurulub, sonradan tullantı kimi istifadə edilir. Eyni zamanda Xarıbülbül nişanımızın da həddindən artıq ucuzlaşdırılması doğru deyil. Bu bizim milli ruhumuzun, mənəviyyatımızın, müstəqilliyimizin, Qarabağımızın, Şuşamızın timsalıdır. Onun uğrunda minlərlə gəncimiz canından, sağlamlığından keçib. Onlar bu torpaqlar və rəmzlərimiz uğrunda canlarını qurban veriblər. Ona görə də bunu birmənalı olaraq bəsitləşdirmək, ucuzlaşdırmaq olmaz”.

Pul qazanmaq istəyən insanların da bir vicdanı, düşüncəsi olmalıdır

“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri, şəhid polkovnik Rauf Orucovun xanımı Sevinc Orucova da Xarıbülbülün onun üçün müqəddəs olduğunu vurğulayuıb.

“Xarıbülbül qələbəmizi, şəhidlərimizi xatırladan simvoldur. Hər o rəmzi görəndə istər-istəməz vətən torpağına qovuşmuş şəhid ruhlarını, qanlarını, canlarını anırıq. O simvoldan sui-istifadə edərək, reklam xatirinə hər bir əşyanın, predmetin üzərinə yapışdırılmasını doğru hesab etmirəm. Mən belə qəbul edirəm, düşüncəm belədir.

Müqəddəs, dəyərli, əziz insanlarımızı xatırladır o simvol. Biz onu qələbəmizin, şəhidlərimizin simvolu eləmişiksə, onu necə hər əşyanın üzərinə yapışdırmaq olar, bunu anlamıram”.

Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ

S.Orucova bildirib ki, bu haqda hansısa tədbirlərin görülməsinə, bizim deməyimizə ehtiyac olmalı deyil:

“Onu istehsal edən, o simvollardan istifadə edib, pul qazanmaq istəyən insanların da bir vicdanı, düşüncəsi olmalıdır. Bizim qınağımızdan öncə, özlərinin daxili mənəvi qınağı olmalıdır ki, mən bunu nəyin üzərinə yapışdırıram. Bu insanda düşüncə tərzi yoxdursa, hər şey ictimai qınaqla həll olunmalıdır? İnsanın özünün də mənəvi psixologiyası, düşüncəsi olmalıdır”.

S.Orucova kəlağayını impravizə edərək, üzərinə Xarıbülbül rəsmi həkk etdirən modelyer Gülnarə Xəlilovadan şəhid anaları üçün hədiyyə apardıqlarında belə onların həmin simvola, atributa necə həssas yanaşdıqlarını bildirib:

“Həmin kəlağayıları simvolik hədiyyə kimi bayramlarda şəhid analarına təqdim edirdik. İnanın ki, analar onu başlarına örtməyə belə qıymırdılar”.

DAHA ÇOX OXU

Cəmiyyət

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33
Dünya

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21
1-MANŞET

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00
Dünya

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59
Dünya

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50
Dünya

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15
SON XƏBƏR

Hərbi helikopterin qəzaya uğraması ilə bağlı YENİ AÇIQLAMA

Afət Fərmanqızı: "Xəstə yanında reklam olunduğunuza, 1000 AZN göndərin!" - VİDEO

Ukraynada hərbi dronların istehsalı zavodunun tikintisinə başlanıb

Xəbər lenti

Moskvada ermənilər biabır oldu – VİDEO

31/01/2023 06:49

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33

Danimarka “taxıl sazişi”nə qoşulub

31/01/2023 06:16

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: Şallaq zərbəsi tətbiq ediləcək

31/01/2023 06:00

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.