Sərdar Ortac borclarının silindiyi xəbərinə üsyan edib.

“Bu zəmanədə kim kimin borcunu silir. Adamlar 45 milyonluq evi ipotekaya qoyublar. Borcum azalıb. Eşşək kimi işləyirəm”, – deyə ulduz müğənni bildirib.

O, özünün heç bir imtiyaz sahibi olmadığını və hamı kimi borclarını ödəməli olduğunu qeyd edib.