İsrailin keçmiş baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu polisə müraciət edib.

Xanım 55 yaşlı Boaz Drorinin onu zorlayacağı ilə hədələdiyini bildirib.

Adıçəkilən şəxs 2019-cu ildən bəri Saraya cinsi təhdidlərlə dolu mesajlar yazıb.

Hədələr “Twitter” vasitəsilə qadının ünvanına göndərilib.

Hazırda ölkənin hüquq mühafizə orqanları iddianı araşdırır.