Azərbaycanlı məşqçi Ceyhun Abbasov koronavirusa yoluxub.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, bu barədə onun dostları paylaşım edib.

Kikboksinq idmanında bir çox tələbələr yetirmiş gənc məşqçinin vəziyyəti ağırdır. Virus onun ağciyərində 80% buzlaşmaya səbəb olub.

Hazırda “Yeni Klinika”da yatan Ceyhun Abbasov 1 həftədən çoxdur ki, koma vəziyyətindədir.