“Səs Azərbaycan” mahnı müsabiqəsinin dünənki buraxılışı maraqlı anlarla yadda qalıb. Belə ki, Xalq artisti Tünzalə Ağayeva qarşıdurmada öz iştirakçısı Səbinə Quluzadə ilə yarışıb.

Medianews.az OLAY-a istinadən yazır ki, buna səbəb sənətçinin digər iştirakçısı Nofəl Aslanovun koronavirusa yoluxaraq müsabiqəyə vida etməsi olub. Ona görə Tünzalə Nofəlin yerinə çıxış edib.

Onlar birlikdə “I have this kiss forever” adlı mahnını ifa ediblər.

Sonda Ağayeva iştirakçısının çıxışını bəyəndiyini, bu səbəbdən də onu seçdiyini bildirib.