Elektromobil istehsalçısı “Tesla” azyaşlıları da yaddan çıxarmayıb.

Belə ki, şirkətin onlayn mağazasında “Cyberquad” adlı kvadrosiklin satışlarına başlanıb.

Nəqliyyat vasitəsi tamamilə elektrik mühərriklə çalışır. Onun dizaynı “Cybertruck” pikapını xatırladır.

Kvadrosiklin birdəfəlik enerji yığımıyla gediş məsafəsi 24 km, maksimal sürəti isə 16 km/saatdır.

Onu 1900 dollara əldə etmək olar.