Müğənni Roza Zərgərlinin başına iş gəlib. Belə ki, sosial şəbəkələrdə səhifələrdən biri sənətçinin adından icazəsi olmadan istifadə edib.

Medianews.az olay-a istinadən xəbər verir ki, bununla bağlı R. Zərgərli instaqramda video paylaşıb. O deyib ki, sözügedən səhifə bir falçını onun adı ilə reklam edib:

“İnanıram ki, polislərimiz, bu dələduzluqla bağlı tədbir görəcəklər. Biz sənət insanlarının adından “piar olaraq” özlərinə reklam qazanırlar. Dinimizə aid olmayan işlərlə, yalandan insanları aldadaraq pullarını mənimsəyirlər. Saxtakarlıqla məşğul olduğu üçün “Postbaku.tv” səhifəsinin admini, həm də yalan reklama pul ödədiyi üçün həmin xanım qanun qarşısında cavab verəcək. O xanımla əlaqə saxlayıram, danışıqlarımız qeydə alınıb. Deyir ki, mənlik bir şey yoxdur, səhifənin admini edib. Bəs görmürsən mənim adımdan səni necə reklam edir? Camaatı niyə aldadıb, virtual olaraq pullarını mənimsəyirsiniz?