Nyu-York polisi BMT-nin mənzil qərargahının yerləşdiyi ərazidə odlu silahla silahlanmış şəxsin olması barədə məlumat alıb.

Təhlükəsizlik qüvvələri tərəfindən BMT qərargahı və ətraf küçələr mühasirəyə alınıb.

Əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb edilib.

Silahlı şəxsin artıq saxlanıldığı qeyd olunub.