Çexiya polisi Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanovu saxlayıb.
Məlumata əsasən, Bazanov həyat yoldaşı ilə birlikdə respublikanın şimal-şərqindəki Moraviya-Sileziya bölgəsində saxlanılıb.
İddiaya görə, onların Çexiyaya daxil olmaq icazəsi olmayıb.
Federasiya sədrinin həyat yoldaşı ilə birlikdə qadınlardan ibarət yerli yığmanın Belarusdan olan qadın futbolçularla görüşünü izləmək üçün Çexiyaya gəldiyi bildirilib.