Fransa millisinin keçmiş forvardı Jan-Pyer Papen PSJ-nin hücumçusu Lionel Messinin “Qızıl top”u qazanmasının mükafatı dəyərsizləşdirəcəyini bildirib.
“Amerika kubokundan qələbədən sonra Messi Parisdə nə etdi? Liqa1-də bir qol, Çempionlar Liqasında isə üç qol vurub. Mən Messiyə qarşı deyiləm, o futbol tarixinin ən böyük futbolçularından biridir.
Ancaq bu il o mükafata layiq deyil. Messinin qələbəsi “Qızıl top”u dəyərsizləşdirəcək”.