İsveçrədə COVID sertifikatların taleyinə referendum yoluyla aydınlıq gəlib.
Sənədin əleyhdarlarının təşəbbüsü ilə keçirilən referendum “Koronavirus pandemiyası ilə mübarizə haqqında” qanuna edilən dəyişikliklərə vətəndaşların münasibətini müəyyənləşdirib. Səsvermədə iştirak edənlərin 62%-i məhdudiyyətlərin lehinə səs veriblər.
Qeyd edək ki, İsveçrə analoji referendumun keçirildiyi ilk ölkədir. Sözügedən qanuna dəyişikliklər hələ 2021-ci il martın 19-dan qüvvəyə minib. Sentyabrın 13-dən isə ölkədə restoranlara, kinoteatrlara, hovuzlara, fitnes mərkəzlərinə, idman salonlarına giriş üçün QR-kod tətbiq edilib.