Çərşənbə, 8 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

BAKIDA ŞOK HADİSƏ: “Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər” – TƏFƏRRÜAT

TURAN
29/11/2021 12:26
2
BAXIŞ
FacebookTwitterTelegram

Bakıda quldurluqda ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bu il aprelin 26-da Nizami rayon ərazisində yerləşən çoxmərtəbəli binaların birində qeydə alınan hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, zərərçəkən qadının tanışı qrup üzvlərindən birinin sevgilisidir. O, sevgilisin tanışının evdə tək olduğu vaxtı bilərək dostları ilə evə basqın edilməsi və xeyli miqdarda pul-qızıl ələ keçirməyin planını qurub.

Belə ki, 4 nəfər “Changan” amrkalı avtomobillə həmin ünvana gediblər. gedərkən onlar avtomobilin nömrəsindəki hərflərdən birini dəyişərək, texniki vasitələr tərəfindən həmin maşının qeydiyyata alınmasına mane olmağa çalışıblar. Həmçinin qrup üzvü Dilbər Hacıyevaya hicab geyimi alaraq ondan istifadə ediblər. belə ki, onlar 12-ci mərtəbədəki mənzilə yaxınlaşdıqda hicabda olan Dilbər guya qonşuluqda yaşadığını, Ramazan payı gətirdiyini deyərək S.S-dan qapını açmasını xahiş edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olub. Həmin şəxslər zərərçəkənin üzünə yumruqla zərbə endirərək əllərində olan bıçaqla hədələyiblər. Ev sahibindən pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Qadının şikayəti üzrə hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Kənan Müzəffərli və Dilbər Hacıyevanı saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Təqsirləndirilən şəxslərin ifadələrindən və binanın kamera görüntülərindən məlum olub ki, onlarla birlikdə daha iki nəfər şəxsin bu cinayətdə əli var. Onlardan Kamran Abdulov axtarış zamanı tutulub. Cinayət işinin materiallarından görünür ki, bu işin əsas təşkilatçısı Seymur adlı şəxsdir.

Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəfələrlə məhkumluq həyatı yaşayan Firudin İsmayılovdur.

Firudin İsmayılov Bakıda kriminal aləmdə “Seymur Naxçıvanski” ləqəbli avtoritet kimi tanınıb. Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. O, daha sonra Azərbaycan vasitəsilə Rusiyaya keçmək istəyərkən yaxalanıb.

Məhkəmə prosesində ifadə verən zərərçəkən qadın deyib: “26 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində evdə tək olduğu zaman mənzilin giriş qapısının zənginin çalındığını eşidib qapıya yaxınlaşdım. Gözlükdən baxdıqda qapının arxasında bir nəfər çarşablı qadının dayandığını gördü. Ondan kim olduğunu soruşduqda qonşu olduğunu, Ramazan hədiyyəsi gətirdiyini bildirdi. Qapını açan kimi 2 nəfər cavan oğlan mənzilə soxuldular. Oğlanlardan biri mənzilə daxil olan kimi məni yumruqla burun nahiyəmdən vurdu. Məni yerə yıxdıqdan sonra ağzımı əlləri ilə tutaraq yataq otağına apardılar. Yataq otağında olarkən həmin 2 oğlan bıçaqla məni hədələyərək azyaşlı qızımın əllərində oduğunu, həyat yoldaşının Naxçıvanda olduğunu bildiklərini, mənzildə olan qızılların və pulların yerini deməyimi tələb etdilər. Bu zaman mənzilin qapısı döyüldü və onlardan biri qapıya tərəf gedib qapının qarşısında bir qadın və bir kişi olduğunu dedi. Mən həmin şəxslərin bu evin adamları olduğunu dedim. Oğlanlardan biri mobil telefonumu götürərək mənim adımdan evə gələn qardaşıma guya həkimdə olduğumu yazdı. Bundan sonra oğlanlardan biri bıçağı boğazıma dayayaraq qardaşıma zəng edib aşağı düşmələrini deməyini tələb etdi. Qorxduğum üçün məcbur qalıb qardaşıma zəng edərək aşağı düşmələrini dedim. Mənzilə basqın edən oğlanlardan biri əşyaları dağıdaraq axtarmağa başladı. Bir müddətdən sonra onlar mənzildən aşkar etdikləri qızıl-zinət əşyalarını götürüb giriş qapısına yaxınlaşaraq gözlükdən baxıb qapının qarşısında heç kimin olmadığına əmin olduqdan sonra mənzili tərk etdilər. Bundan sonra qardaşım və anam evə gəldikdə baş vermiş hadisə barədə onlara danışdım və polisə məlumat verdik. Evdə tək olmağımı yalnız Nuranə Seyidova bilib”.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

export

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31
export

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16
export

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03
export

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57
export

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46
export

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36
SON XƏBƏR

"Bəzi yanacaqdoldurma məntəqələrində uyğunsuzluqlar aşkar edilib"

"Hazırda Azərbaycanda təşvişə ehtiyac görünmür, çünki ..."

"Delta" ştammı masonlarla əlaqəlidir? - VİDEO

Xəbər lenti

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44

Göndərilən yardım bağlamalarında nələr kəskin tənqid olundu? – VİDEO

08/02/2023 20:19

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10

Messi Türkiyəyə belə YARDIM ETDİ

08/02/2023 19:56

FOX TV: “Bakıda da zəlzələ olacaq” – Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi – VİDEO

08/02/2023 19:13

Bakıda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Ekspertdən MÜHÜM AÇIQLAMALAR

08/02/2023 18:59

Hər kəsin axtardığı maşının sahibi DANIŞDI – ÖZƏL

08/02/2023 18:29

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

08/02/2023 17:58

Türk qızlar canlı yayım açıb “İnşallah yenə zəlzələ olsun” dedilər – VİDEO

08/02/2023 17:27

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini AÇIQLADI

08/02/2023 17:09

Naxçıvan DYP-yə yeni rəis təyin olundu

08/02/2023 17:05

“Artıq çarpayılar ayrılıb, biz xəstələri gətirməyə hazırıq”

08/02/2023 16:43

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

08/02/2023 16:42

Dünyanın məhşur şirkətləri Türkiyəyə KÖMƏK EDƏCƏK – AÇIQLAMA

08/02/2023 16:05

Ərdoğan zəlzələdən zərər çəkən hər ailəyə veriləcək pulun məbləğini açıqladı – VİDEO

08/02/2023 15:48

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.