Türkiyənin İstanbul şəhərindəki restoranlardan birində insident baş verib.
BAKU.WS xəbər verir ki, türkiyəli məşhur müğənni Cengiz Kurtoğlu onunla eyni məkanda yeyib-içən iş adamı Mustafa Canla mübahisə edib. Daha sonra dava böyüyüb və Cengiz süfrədən bıçaq götürərək ona hücum edib.
İnsidentə səbəb iş adamının türkiyəli sənətçi Orhan Gencebay və digər qocaman ifaçılar haqqında təhqiramiz ifadələr işlətməsi olub. Bundan əsəbiləşən Kurtoğlu ona bıçaqla hücum edərək üzündən yaralayıb.
Daha sonra hadisə yerinə polis gəlib. Cengiz Kurtoğlu həbs olunub.
Məlumatlara əsasən, iş adamı Mustafa Can həmin restorana yaxın dostunun ad gününü qeyd etmək üçün gedib.