Rusiya və Çin arasında hərbi əməkdaşlığın yol xəritəsi imzalanıb.

Sənədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onun çinli həmkarı Vey Fenxe qol çəkib.

Yol xəritəsi 2021-2025-ci illəri əhatə edir.

Burada strateji hərbi təlimlər və birgə patrul xidmətinin təşkili yoluyla ikitərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.