Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol ayrıcında “Nissan” markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.

Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.