Ötən həftə Bakıda hamilə qadının ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

Medianews.az xəbər verir ki, bu barədə mərhum 20 yaşlı Yeganə Mirzəyevanın ailə üzvləri “Real TV”-yə danışıb.

Onlar əvvəlcə Yeganə Mirzəyevanın Sabirabad rayonunda mərkəzi xəstəxanaya, ardınca isə Bakıya aparılmasından, mərhuma qarşı həkimlərin münasibətindən və digər məqamlardan danışıblar.

Məlumat üçün bildirək ki, qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.