Kosmetika tətbiq etməzdən əvvəl və sonra görünüşünü nümayiş etdirən amerikalı qadın üzündə baş verən dəyişikliklərlə internet istifadəçilərini heyrətləndirib. Müvafiq video onun “TikTok” hesabında yayımlanıb.

Əvvəlcə 40 yaşlı Kristell Li makiyajsız və saçsız görünüşünü nümayiş etdirib. Videoda amerikalının qısa saçlı və qismən keçəl olduğu görünür. Növbəti kadrlarda bloqer üzünə makiyaj edib və qara süni kirpiklərin köməyi ilə gözlərinə ifadəlilik verib. Qadın həmçinin qalın qəhvəyi saplardan hazırlanmış parik taxıb.

İnternetdə virus kimi yayılan video az müddətdə dörd milyon baxış və 460,8 min bəyənmə toplayıb.

Linin pərəstişkarları onun tanınmaz dərəcədə dəyişdiyini deyərək, makiyaj istedadına heyranlıqlarını bildiriblər.

“Video başlayan kimi dərhal başa düşdüm ki, nəticə heyrətamiz olacaq!”, “Şok oldum! İnanılmaz transformasiya!”, “Ərim bunun eyni insan olduğunu başa düşmək üçün videoya dörd dəfə dalbadal baxmalı oldu”, “İnanılmaz bacarıq! Sən məşhur olmalısan”, – deyə yazıblar.