Show TV-də yayımlanan məşhur “Bir Başka Güzel” moda proqramının qalibi azərbaycanlı olub.

Medianews.az Olay-a istinadən xəbər verir ki, modelyer Raşit Bağzıbağlı, fenomen Selin Ciğerci və iş xanımı Bige Daruga Çalışkanın münsif olduğu şounun finalında birinci Məlika Fərahi seçilib.

Çempion olan Məlikə göz yaşlarını saxlaya bilməyib, çox xoşbəxt olduğunu bildirib.

Ona hədiyyə kimi 119 qızıl hədiyyə olunub.

Qeyd edək ki, Məlikə İranda yaşayan azərbaycanlı olduğunu bildirib. O, beş il əvvəl İstanbula köçdüyünü açıqlayıb.