Azərbaycanda məhsulların qiymətinin artmasına səbəb idxal məhsullarıdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“İstehsalda o malların qiymətində artım müşahidə edilir ki, onların hazırlanması üçün lazım olan xammal idxal edilir. Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdəndir”, – deyə Sevinc Həsənova əlavə edib.

Sevinc Həsənova qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb:

“Odur ki, ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar olmalıdır”.

O bildirib ki, 2022-ci ildə qiymət artımı səngiyəcək.

Nazir müavini rəqabət mühitinin qorunub saxlanılmasının vacibliyini də vurğulayıb.