Aşkar və ifrat ermənipərəst mövqeyi, habelə fasiləssiz yalanları və dezinformasiyaları ilə tanınan rusiyalı jurnalist Semyon Peqov Ermənistanda artıq nifrət doğurur.

Milli.Az bildirir ki, Rusiya vətəndaşı olan erməni mediamaqnat Aram Qabrelyanovun yaratdığı və birbaşa nəzarətdə saxladığı “WarGonzo” layihəsinin “sima”sı olan Semyon Peqov hazırda Qərbi Zəngəzurdadır.

O, həmişəki kimi, yalanları sıralayır, tamamilə əsassız və uydurma “məlumat”lar yayır.

Bununla belə, S.Peqovun “Russian Today” üçün hazırladığı açıqlamasında o, iki cümlə gerçəkdən bəhs edib: “Hər halda Qarabağ və ya ermənilər demişkən, “Arsax” Azərbaycanın beynəlxalq birliklə hüquq tərəfindən tanınmış ərazisidir. Yeri gəlmişkən, Ermənistan hələ də qarabağlı ermənilərin yaşadıqları yeri müstəqil məkan kimi tanımayıb”.

S.Peqovun açıqlaması Ermənistanda çox böyük qalmaqala səbəb olub. Onu “Bakının nökəri”, “əxlaqsız qadından törəmə” və s. adlandırırlar.