Şuşa şəhəri yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atan erməni terrorçunun kimliyi məlum olub.
BAKU.WS “Caliber.az”a istinadən xəbər verir ki, həmin şəxs 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.
****
Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
BAKU.WS “Caliber.az”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.