Slovakiyalı model Veronika Rayek maraqlı vəziyyətlə üzləşib.

Lent.az-ın xəbərinə görə, Avropada kifayət qədər məşhur olan modelin sosial şəbəkə hesabı tez-tez bloklanır.

25 yaşlı qadının dediyinə görə sosial şəbəkə onu fırıldaqçı hesab edir. Instagramda bir milyondan çox izləyicisi olan veronika vaxtaşırı açıq-saçıq videolar yerləşdirir. O, çox möhtəşəm bədən quruluşunu saxlamağın çətin olduğundan şikayət edir.