Lüksemburqda 33 yaşlı Zoe Snoeks qayalığın kənarında şəkil çəkdirərkən uçurumdan yıxılıb.
Musavat.com xəbər verir ki, “Mirror” qəzetinin yazdığına görə, keçmiş fitnes-model Zoe Snoeks əri ilə birlikdə noyabrın 2-də Lüksemburqa səfər edib.
Uçurum kənarında şəkil çəkdirməyi sevən gənc qadın Nadrin kəndi yaxınlığında 1400 metr yüksəkliyə qalxıb. O, uçurumun kənarında oturduqdan sonra əri Coeriyə itlərə baxmağı xahiş edib. Coeri bir neçə saniyə itlərə baxıb, başını çevirəndə arvadının yerində olmadığını görüb.
“Mən heç nə görmədim və eşitmədim. Xışıltı, qışqırıq və ya qışqırma. Başımı qaldırdım və yalnız toz gördüm”, – deyə, Coeri deyib.
Arvadının yıxıldığını anlayan Coeri ümidsiz halda təcili yardım xidmətinə zəng vurmağa çalışsa da, həmin am telefonunun açılmadığını anlayıb. Kədərlənən ər yaxınlıqdakı Le Belvedere otelinə gedərək işçilərdən təcili yardım çağırmağı xahiş edib.
Qadının cəsədinin tapılması üçün helikopter də cəlb olunub. Bədbəxt hadisə qurbanı olan gənc qadının cansız bədəni çaydan tapılıb.
Coerinin dediyinə görə, həyat yoldaşı hər zaman uçurumların yanında şəkil çəkdirməyi sevirmiş.