Şənbə, 28 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL

TURAN
01/11/2021 10:57
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Füzuli Beynəlxalq Hava Limanının açılışını işğaldan azad olunmuş ərazilərimizdə keçən ilin sonu-bu ilin əvvəlindən başlamış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu kimi dəyərləndirmək olar. Hava Limanının cəmi 8 ay ərzində inşa olunması quruculuq işlərinin genişmiqyaslı olmaqla yanaşı, həm də necə sürətli xarakter daşıdığını göstərir.

Ümumiyyətlə, Azərbaycan hökumətinin daxili inkişaf strategiyasında öncə məhz nəqliyyat infrastrukturuna diqqət yetirməsi çox əhəmiyyətli faktordur. Çünki əslində hər şey bundan başlayır. Yol varsa demək, gediş-gəliş var, gediş-gəliş varsa demək, nəfəs var, nəfəs varsa demək, inkişaf üçün imkan var. Dövlət başçımız Qubadlıda qeyd etdi ki, Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Orada heç vaxt bu ölçüdə yol olmayıb.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli qoyuldu. Bundan əvvəl isə hər iki ölkənin dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Bütün bunlar böyük işlərdir, uzaq məsafədəki hədəfə lazım gələndə qısa zaman ərzində və çərçivəsində çatmaq məqsədi daşıyan tədbirlərdir. Gələcək inkişafın əsasını qoyan, o cümlədən, hərbi-strateji məqsədlərə çatmaq istəyini də ehtiva edən addımlardır.

Azad edilmiş ərazilərimiz bərpa edildikdən sonra mövcud iqtisadi gücümüzə təqribən 50 faizədək əlavə güc qatılacaq. Sadəcə, bunu hərəkətə gətirmək tələb olunur. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər həllini tapmalıdır. Misal kimi ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı indiyədək qəbul və icra olunmuş Dövlət Proqramlarını göstərmək olar. Bölgələrimizin sürətli inkişafı məhz həmin sənədlərin hesabına baş tutub. İndi Qarabağ və Şərqi Zəngəzur da düşmən tərəfindən geyindirilən hisli-paslı cəhənnəm libasından tez qurtularaq, digər bölgələrimiz kimi inkişaf etmək şansı qazanıb.

Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL

Bu ərazilər ilk növbədə qeyri-neft sektorumuza böyük töhfələr verməklə, özünü kənd təsərrüfatı, onun heyvandarlıq və bitkiçilik sahələrində, həmçinin tikinti materialları əldə etmək üçün zəruri xammal bazası sarıdan, turizmdə, şərabçılıqda göstərməlidir. Həmin zona həmçinin, faydalı qazıntılarla və mineral sularla da zəngindir. Prezidentin ölkədə iqtisadi rayonların yeni bölgüsünə dair 7 iyul 2021-ci il tarixli fərmanının girişində yazılıb ki, ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafını təmin etmək məqsədilə qəbul edilən regionları sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişdi, regionların iqtisadi potensialı hərəkətə gəldi, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətləri, biznes və investisiya mühiti yaxşılaşdı, əhalinin rifah halı yüksəldi. Və bütün bunların nəticəsində həm də ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrəti güclənərək, 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanmağımız üçün zəmin yarandı. Odur ki, sözügedən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin etmək üçün də, bütün işləri vahid proqram əsasında aparmaq məqsədilə azad edilmiş rayonlar üzrə müvafiq bölgüyə əsasən ayrıca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması şərti ortaya çıxdı.

Yeri gəlmişkən, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan birinə çevrilməklə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir ki, bu iqtisadi zonada qeyri-neft sektorunun bütün əsas qolları – kənd təsərrüfatı, sənaye və turizm üzrə inkişaf üçün böyük potensial mövcuddur. Qarabağ iqtisadi rayonu üzrə də həmçinin…

Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Füzuli Beynəlxalq Hava Limanının açılışı, dediyim kimi, işğaldan azad olunmuş ərazilərimizdə başlamış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu hesab edilir. Və Azərbaycan hökumətinin məhz nəqliyyat infrastrukturuna və yollara – gediş-gəlişin rahat olmasına diqqət yetirməsi çox əhəmiyyətli faktor sayılır. Ölkəmiz ümumiyyətlə, nəqliyyat sektorunda nə qədər işlər görüb: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, müasir hava limanları, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil, dəmir yolları xətlərinin tikintisi kimi irimiqyaslı infrastruktur layihələrinin icrası nəticəsində bölgədə nəqliyyat mərkəzinə çevrilmişik. Bundan isə təkcə Azərbaycan deyil, bütövlükdə region, o cümlədən, ona yaxın digər ölkələr töhfələr götürür və bundan sonra hələ daha geniş şəkildə götürməkdə davam edəcəklər. Bu töhfələr həm siyasi, həm də iqtisadi xarakter daşıyır.

Bunu həmin ölkələrin çoxu anlamır. Lakin əsas bu deyil. Hələ Zəngəzur dəhlizi işə düşdükdən sonra bundan nə qədər xeyir götürənlər olacaq. Ümumiyyətlə, Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin olması təkcə Azərbaycan deyil, bütövlükdə regiona, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafını böyük bir töhfə verəcək. Sözün qısası, Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvanla gediş-gəlişinin olmasından bütövlükdə Avropa və Asiya ölkələri də qazanacaqlar. Çünki bundan hər kəsə pay çatacaq. Həyata keçirilən siyasət bütövlükdə Azərbaycanın inkişafına və ərazi bütövlüyünün möhkəmlənməsinə xidmət edir.

Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pərviz Heydərov
Azvision.az 

DAHA ÇOX OXU

Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR – Hər şeyin SONU …
1-MANŞET

Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR – Hər şeyin SONU …

23/05/2022
Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır
Analiz

Putin hakimiyyətə nəzarəti itirir: Rusiya elitası yeni dövrə hazırlaşır

22/05/2022
Rusiya buğdanı silah kimi istifadə edəcəkmi? – ARAŞDIRMA
1-MANŞET

Rusiya buğdanı silah kimi istifadə edəcəkmi? – ARAŞDIRMA

14/05/2022
ABŞ-Rusiya savaşı Qafqaza keçir: Ağ Ev Kremlin “nə hərb, nə sülh” modelini bloklayır
Analiz

ABŞ-Rusiya savaşı Qafqaza keçir: Ağ Ev Kremlin “nə hərb, nə sülh” modelini bloklayır

13/05/2022
Ermənistanda silahlı toqquşmalar planlaşdırılır: Paşinyan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib
Analiz

Ermənistanda silahlı toqquşmalar planlaşdırılır: Paşinyan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib

10/05/2022
Kremldə parçalanma iddiaları: Putin ikitərəfli təzyiqlər altında qalıb
Analiz

Kremldə parçalanma iddiaları: Putin ikitərəfli təzyiqlər altında qalıb

08/05/2022
SON XƏBƏR
Ermənilərin Mingəçevirə atdığı ballistik raketin vurulma anı – MÜHARİBƏDƏN ŞOK KADRLAR

Ermənilərin Mingəçevirə atdığı ballistik raketin vurulma anı - MÜHARİBƏDƏN ŞOK KADRLAR

Hikmət Mirzəyevin büstü özünə təqdim edildi – FOTO

Hikmət Mirzəyevin büstü özünə təqdim edildi - FOTO

Bu gündən Azərbaycanda daha bir qadağanın tətbiqinə başlanıldı

Bu gündən Azərbaycanda daha bir qadağanın tətbiqinə başlanıldı

Xəbər lenti

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

2022/05/28 01:00

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

2022/05/27 21:40

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

2022/05/27 20:54

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

2022/05/27 20:30

Jurnalist Əfqan Sadıqov əfv olunub

Jurnalist Əfqan Sadıqov əfv olunub

2022/05/27 19:26

Əli Kərimlinin sürücüsü əfv olundu

Əli Kərimlinin sürücüsü əfv olundu

2022/05/27 19:23

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

2022/05/27 19:03

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

2022/05/27 18:56

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.