Aşıq Zülfiyyədən xəbər var.

Medianews.az big.az-a istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə “Bir dəqiqə” verilişinin anonsunda gedən sujet müzakirələrə səbəb olub. Belə ki, verilişin anonsları zamanı Aşıq Zülfiyyənin bir ailəni dağıtmasını etiraf etməsi, daha sonra isə ağladığı görüntülər yer alıb.

Bununla bağlı aşıq fikirlərini videoya çəkərək sosial mediada yayıb. Onun videosunu Nazilə Səfərli “Instagram” hesabında paylaşıb. O, verilişdə Vətən Müharibəsi şəhidlərimiz və rəhmətə gedən anası üçün ağladığını bildirib:

“Əziz tamaşaçılar, mən sizdən xahiş edirəm ki, “ATV” kanalında yayımlanan anons sizi narahat etməsin və çaşdırmasın. O kadrlar müəyyən fikirlərdən yığılıb hazırlanıb. Mən özüm də baxanda şoka düşdüm. Orada elə göstərilir ki, guya kiminsə ailəsini dağıtmışam. Amma mən orada demişəm ki, dərddən söhbət düşəndə mən öz dərdimdən utanıram. Orada şəhidlərimizin görüntüləri göstərilib, mən onlara baxanda kövrəlmişəm”.

Medianews.az