ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun keçmiş köməkçisi Huma Abedin ABŞ senatorunu cinsi təcavüzündə suçlayır.

Musavat.com “Guardian”a istinadla xəbər verir ki, Huma Abedin adı açıqlanmayan siyasətçinin 2000-ci illərin ortalarında onu evinə dəvət etdikdən sonra divanda onun üzərinə atıldığını söyləyib. Abedin bildirib ki, bu zaman o siyasətçiyə qarşı çıxıb və evdən qaçıb. Huma Abedin qeyd edir ki, etirazla üzləşən senator ondan üzr istəyib və onu yanlış anladığnı deyib.

Abedin yazır: “Sonra mən yalnız iyirmi yaşlı versiyamın ağlına gələ biləcək bir şey söylədim – “çox təəssüf edirəm” – və mümkün qədər diqqətsiz görünməyə çalışaraq oranı tərk etdim”.

photo_2021-10-27_13-13-31.jpg (37 KB)

İddianın təfərrüatı onun gələn həftə nəşr olunacaq “Both/And: A life in Many Worlds” adlı yeni kitabında yer alıb.

Kamilə,
Musavat.com