“Qadın El Çapo” ləqəbli qvatemalalı cinayətkar bir neçə ilin içində kokain kraliçasına çevrilib. Bundan əvvəl o, mer postuna namizəd də olubmuş…

Musavat.com “San” qəzetinə istinadla xəbər verir ki, “La Patrona” ləqəbi ilə tanınan Mariksa Remus Peres Cənubi Amerikanın kiçik bir şəhərində soyuqqanlı qətllər və narkotik ticarəti ilə cinayət imperiyası qurub.

Törətdiyi bir sıra qəddar və vəhşiyana cinayətlərə görə 94 il həbs cəzasına məhkum edildikdən sonra o, 2017-ci ildə əbədi olaraq dəmir barmaqlıqlar arxasına salınıb.

patron.jpg (42 KB)

Lakin Peresin həyatında bir məqam xüsusi diqqət cəlb edir. 2011-ci ildə Mariksanın bacısı Mayra Moyuta şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürərkən yerli icmadan olan insanlarla görüş təşkil edilib.

Lakin həmin gün bir qrup silahlı şəxs mitinq iştirakçılarına atəş açaraq 8 nəfəri, o cümlədən Mariksanın bacısı Mayranı öldürüb.

patron1.JPG (67 KB)

Bu qətliam “Los Cuernosdakı qırğın” kimi tanınır.

2011-ci ildə Mariksa mer seçkisində bacısını əvəz etmək üçün namizəd olub, lakin Karlos Marroquinə məğlub olub. Bundan sonra “La Patrona”nın işləri daha pis məcraya yönəlib və qadın cinayət şəbəkəsi quraraq onu idarə etməyə başlayıb.

Sonda Mariksa və onun dəstəsinin keçmiş polis əməkdaşı olan 6 üzvü həbs edilib. Ancaq bu, hələ onun kriminal karyerasının sonu olmayıb.

patron2.jpg (123 KB)

2016-cı ildə Mariksa digər məhbusların köməyi ilə həbsxananın divarından tullanaraq qaçmağa cəhd edib. Qısa müddət sonra yenidən həbs olunub. Cəmi bir il sonra o, bu dəfə mühafizəçi geyimində hərbi həbsxanadan qaçıb. İki həftədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu El Salvadorda tapıblar.

patron3.jpg (42 KB)

Mariksa mediaya bildirib ki, o, hələ də azadlığını qazanmağa çalışır. “Mən işimi yenidən açmaq istəyirəm” – deyə cani qadın qeyd edib.

Həbsxanadan iki uğurlu qaçışına görə Mariksaya “qadın El Çapo” adı verilib.

Kamilə, Musavat.com