Fransa balıq ovuyla bağlı məhdudiyyətə məquz qalmasına görə qisas almaq üçün Milad ərəfəsində Britaniya ilə arasındakı yük daşımalarını qəsdən dayandırmağa hazırlaşır. Səlahiyyətlilər qorxu içərisindədir.

Musavat.com Almaniyanın “San” nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniya suları üzrə lisenziyalarla bağlı danışıqlar həlledici mərhələyə çatdığı üçün ingilis hökuməti Emmanuel Makronla qarşıdurmaya hazırlaşır.

Fransız kapitanlar balıq ovu ilə bağlı danışıqların uğursuz olacağı halda, şənbə səhərindən etibarən Fransaya məxsus olan, ancaq İngiltərənin 34 kilometrliyində yerləşən Kale limanını bağlamaqla hədələyirlər.

Fransa və İngiltərə arasında gərginlik artır: Paris Londonu hədələdi

Növbəti bazar ertəsi başlaya biləcək cavab tədbirlərinə hazırlaşan rəsmi Paris Britaniya mallarına əlavə idxal vergisi tətbiq etmək istəyir. Lakin Fransanın Avropa Birliyindən lazımi dəstəyi ala biləcəyi şübhə altındadır.

Fransa rəsmiləri Britaniya ilə münasibətləri daha da pisləşdirmək istəmədiklərini də etiraf edirlər.

Kamilə, Musavat.com