Türkiyədə faciə ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Antalya şəhər sakini Ayşe idarə etdiyi yük maşını ilə fiziki məhdudiyyətli şəxsi və qardaşını vurub.

Kepez bölgəsinin İldırım Bəyazid küçəsində baş verən qəzaya səbəb Ayşenin sükanın əyləci yerinə qaza basması olub.

Onun idarə etdiyi yük maşını əvvəl minik avtomobilinə çırpılıb. Daha sonra isə səkidə əlil arabasında olan Azərbaycan əsilli Arzu Bağırova ilə qardaşı Əhməd Bağırovu əzib.

46 yaşlı Arzu təcili olaraq xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb və o ölüb. Yaralı olan qardaşı Əhməd Bağırovun isə vəziyyəti ağırdır.

Türkiyədə dəhşət! Əlil arabasında olan azərbaycanlı xanım öldü, qardaşı isə ağır xəsarət aldı - FOTO