Amerikalı 28 yaşlı model Moria Mills münasibətlər üçün partnyor seçmək üçün sərt qaydaları sadalayıb.

Əvvəlcədən də xəbərdar edib ki, heç kimi itindən çox sevməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

The OnlyFans ulduzu deyib ki, onun seçdiyi səliqəli, gözəl geyinməli və ləzzətli qoxulu olmalıdır. Özü yemək bişirməyi, təmizlik etməyi bacarmalıdır. Bundan əlavə, yalnız heyvanları sevən və hörmət edən şəxs model üçün partnyor ola bilər. “Çarli adlı itim var və o, mənim dünyamdır. İstənilən kişi həmişə ondan sonra ikinci yerdə olacaq və bunu bilməlidirlər “deyib.

Modelin qəlbini fəth etmək niyyətində olan hər kəs yataqda da yaxşı olmalı və həftədə ən azı bir dəfə onunla oral sekslə məşğul olmalıdır.