“Netflix” şahzadə Diananın oğlu Harri ilə 112 milyon funt-sterlinqlik anlasmasindan sonra “The Crown” serialında jurnalist Martin Bəşirin Diana ilə müsahibəsini təqdim edəcək.

Şahzadə Uliyamin sözügedən müsahibənin bir daha yayımlanmaması üçün etdiyi xahislərə baxmayaraq, “The Crown” jurnalistin şahzadə Diana ilə rüsvayedici müsahibəsini dramatikləşdirməkdə davam edir.

İndi “Netflix” 1995-ci ildə kral ailəsi üzvünün Bəşirlə qalmaqallı müsahibəsinə yönəlmiş bir epizodu yayacaq.

39 yaslı Uilyam BBC-nin müvafiq xəbərini tənqid edərək, bunun qanuni olmadığını və saxta bir hekayəyə əsaslandığını qeyd edib.

126274_oz7h3nt1tp.jpg (33 KB)

Uilyam Bəşirin yalan danışdığını və anasının etimadını qazanmaq üçün gizli strategiyalardan istifadə etdiyini bildirib.

Lakin yuksək mənsəbli mənbələr bildirirlər ki, Uilyamın qardası Harri ilə 112 milyon funt sterlinqlik müqaviləsi olan “Netflix” həmin xüsusi epizod üzərində işləməyi davam etdirir.

Serialın yaradıcı kollektivinə daxil olan mənbənin “The Sun”a verdiyi məlumata görə, “The Crown”-un yaradıcıları müsahibəni serialın beşinci bölümünün əsas məqamı kimi görürlər.

O da məlum olub ki, prodüserlər Uilyamın 1995-ci ildəki obrazını canlandırması üçün 13 yaşlı oğlan uşağı axtarırlar.

Kamilə
Medianews.az