Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Medianews.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Medianews.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Ankaradakı Esenboğa Hava Limanından havaya qalxıb.

R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu müşaiyət edirlər.

Qeyd edək ki, Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə birlikdə bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını edəcək, daha sonra Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə yaradılacaq Ağıllı Aqroparkın təməlini qoyacaq. Ərdoğan və Əliyev habelə iki ölkə münasibətlərinin bütün aspektlərinə, aktual regional və beynəlxalq məsələlərə dair müzakirələr aparacaqlar.